Bakıda gəlinini güllələdikdən sonra intihara cəhd edən 88 yaşlı kişi xəstəxanada ölüb

Bakıda bir neçə gün əvvəl gəlinini güllələyib öldürdükdən sonra intihara cəhd edən şəxs xəstəxanada ölüb.
1news.az “Report”a istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzindən bildirilib ki, vətəndaş 1935-ci il təvəllüdlü Yaşar Dadaşov dərman zəhərlənməsi diaqnozu ilə Toksikologiya şöbəsinə gətirilib.
Mərkəzə daxil olarkən Y.Dadaşov koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, o, bu gün dünyasını dəyişib.
Xatırladaq ki, hadisə oktyabrın 19-u Y.Dadaşovun Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Belə ki, o, aralarında yaranan mübahisə zamanı gəlini, 1964-cü il təvəllüdlü Gülnarə Dadaşovanı ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinib.
Faktla bağlı cinayət işi başlanıb.