Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar var

Göygöl şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
1news.az "Report"a istinadən xəbər verir ki, "VAZ-2106" və "UAZ" markalı avtomobillər toqquşub.
Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "VAZ" markalı avtomobilin sürücüsü - 1958-ci il təvəllüdlü Z.Süleymanov və onun sərnişini R.Fəzliyeva xəsarət alıblar.
Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "VAZ" markalı avtomobil taksi kimi fəaliyyət göstərib.
272