FHN Ucarda yanğınla bağlı əməliyyat görüntüləri yayıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Ucarda yanğınla bağlı əməliyyat görüntüləri yayıb - VİDEO

10:49 - 21 / 10 / 2023
FHN Ucarda yanğınla bağlı əməliyyat görüntüləri yayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qaracallı kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “İVECO” markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində qoşqunun iki ədəd təkəri yanıb, yük avtomobili və qoşqunun üzərində olan kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.

Paylaş:
317

Son xəbərlər

Bütün xəbərlər