Ağdamın Çullu kəndində silah-sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamın Çullu kəndində silah-sursat tapılıb

Qafar Ağayev13:17 - 24 / 10 / 2023
Ağdamın Çullu kəndində silah-sursat tapılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Çullu kəndi ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 minaatan qurğusu, 7 pulemyot, 4 avomat, xeyli sayda müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
269

Son xəbərlər

Bütün xəbərlər