“Yüksək səviyyəli müşahidəçi günü”ndə qonaqlar təltif edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yüksək səviyyəli müşahidəçi günü”ndə qonaqlar təltif edilib - FOTO

Qafar Ağayev14:41 - 24 / 10 / 2023
“Yüksək səviyyəli müşahidəçi günü”ndə qonaqlar təltif edilib - FOTO

"Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir.

1news.az xəbər verir ki, "Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler, Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təlfif olunması barədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.

Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.

Paylaş:
226

Son xəbərlər

Bütün xəbərlər