Ötən gün Gəncədə avtobus qəzasının baş vermə səbəbi nədir? - İlkin ehtimal açıqlandı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün Gəncədə avtobus qəzasının baş vermə səbəbi nədir? - İlkin ehtimal açıqlandı - VİDEO

Qafar Ağayev12:14 - 24 / 10 / 2023
Ötən gün Gəncədə avtobus qəzasının baş vermə səbəbi nədir? - İlkin ehtimal açıqlandı - VİDEO

Xəbər verdiyimiz kimi ötən gün Gəncə şəhərində Xan Bağı ərazisində sərnişin daşıyan avtobus aşıb.

Belə ki, 1 nömrəli marşurut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb. Qəza nəticəsində 8 nəfər xəsarət alıb.

Bəs hadisənin baş verməsinə səbəb nə olub? Sürücü məsuliyyətsizliyi yoxsa, avtobusun texniki nasazlığı?

Məsələ ilə bağlı 1news.az-ın sorğusuna cavab verən DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı baş vermiş hadisə ilə bağlı müvafiq ekspertiza təyin olunub.

“İlkin ehtimala görə hadisə texniki nasazlıq səbəbindən baş verib.Hazırda araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək”.

Paylaş:
904

Son xəbərlər

Bütün xəbərlər