Yasamalda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Qafar Ağayev17:42 - 25 / 10 / 2023
Yasamalda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində yerləşən altımərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 60 m² olan obyektin (ofis kimi fəaliyyət göstərir) bir otağında 6 m² sahəyə yığılan kompyuter avadanlığı yanıb.

1news.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan dəhlizdə tavanın yanar konstruksiyaları 8 m² sahədə əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

14:37

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə 1news.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Paylaş:
725

Son xəbərlər

Bütün xəbərlər