Ümid toxumlarının əkilməsi : LU-MUN Holdinq uşaqların təbiətə bağlılığını dəstəkləyir və bağban peşəsi ilə tanış edir

“LU-MUN Holding" qürur hissi ilə uşaq evlərində yaşayan uşaqları bağbanlıqla tanış etmək, onları lazımi maddi baza ilə təmin etmək və praktiki təlimlər keçirmək məqsədi daşıyan təşəbbüsünü elan edir.
Ən uğurlu və maraq göstərən tələbələr üçün təcrübə proqramına yazılmaq imkanı da mövcuddur. Bizim hədəfimiz ilk növbədə təhsil, ekspert və praktiki biliklərin toplanması sayəsində ölkəmizdə kənd təsərrüfatının inkişafını təmin etməkdir.
Bu layihə artıq 4 ildir ki, həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın müxtəlif bölgələrində iki uşaq evi əhatə edilib: Gəncədəki 1 saylı Uşaq Evi və Bakıdakı SOS Uşaq Kəndi. 100-dən çox uşaq bağbanlıq aləmi ilə tanış olmaq, ekologiyaya dair praktiki biliklərini dərinləşdirmək imkanı əldə edib, gələcək peşə olaraq kənd təsərrüfatını seçmək istəyib-istəmədiklərini anlaya biliblər. Hər iki uşaq evi üçün əkin ləkləri hazırlanıb, uşaqlar lazımi bağbanlıq ləvazimatları ilə təmin edilib.
Layihə çərçivəsində uşaqlar təcrübəli mütəxəssislərin rəhbərliyi altında torpağın hazırlanması, toxum seçimi, suvarma və ziyanvericilərə qarşı mübarizə üsulları, bağ dizaynı və bağçılıq avadanlığından istifadə kimi bağçılığın müxtəlif aspektlərini öyrənirlər. Bu praktiki dərslər uşaqların faydalı praktik bacarıqlarını inkişaf etdirir və təbiətə sevgi aşılayır. Bitkilərin böyüməsini müşahidə etmək, əməyinin bəhrəsini görmək uşaqlara görülən işdən qürur hissi yaşadır, onlarda ətraf mühitin qorunması məsuliyyətini inkişaf etdirir, uşaqlar bağbanlıq peşəsinin əhəmiyyətini dərk edir.
“LU-MUN Holdinq” MMC digər şirkətləri, təşkilatları və fiziki şəxsləri bu nəcib təşəbbüsə qoşulmağa, uşaqların təhsilinə və peşəkar inkişafına dəstək olmağa çağırır. Maraqlı tərəflərlə əməkdaşlıq etməklə biz uşaqların peşəkar inkişafı üçün əlavə imkanlar yarada və yaşadığımız regionun ətraf mühitinin yaxşılaşdırılmasına daha çox təsir edə biləcəyik. Biz ümid toxumlarını birlikdə əkə bilərik.
Media sorğuları və əlavə məlumat üçün əlaqə saxlayın: [email protected]
"LU-MUN Holding" MMC:
2017-ci ildə yaradılmış “LU-MUN Holding” MMC şirkəti Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahəsində irimiqyaslı layihələr həyata keçirən investisiya holdinqidir. “LU-MUN Holding” MMC-nin əsas missiyası Azərbaycanın milli resurslarını optimallaşdırmaq və canlandırmaqdır. Məqsədimiz sağlam və davamlı həyatı cəmiyyət üçün əlçatan və cəlbedici etmək, inkişaf etdiyimiz xidmətlər və məhsullarla tarixdə iz qoymaqdır.
Reklam hüququnda