FHN-dən müəssisələrə müraciət - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-dən müəssisələrə müraciət - VİDEO

Qafar Ağayev10:55 - 25 / 10 / 2023
FHN-dən müəssisələrə müraciət - VİDEO

Müvafiq qanunvericiliyə əsasən, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti hər il tərtib olunan radioloji-gigiyenik pasportlarda əks olunur və həmin pasportlara müvafiq məlumatların daxil edilməsi üçün yalnız Fövqəladə Hallar Nazirliyi nümayəndəsinin rəyi tələb olunur.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən, radioloji-gigiyenik pasportlara rəyin verilməsi üçün radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə mövcud şəraitin qiymətləndirilməsi məqsədilə müəssisə və təşkilatlar tərəfindən Agentliyə müraciət olunmalıdır.

Bununla belə, bir sıra hallarda müəssisə və təşkilatlar həmin rəyin əldə edilməsi üçün aidiyyəti quruma müraciət etmədiyindən və ya qanunvericiliklə müəyyən olunmuş qaydaların tələbləri təmin edilmədiyindən rəyin alınması əlavə vaxt itkisinə və bu istiqamətdə fəaliyyətdə çətinliklərə səbəb olur.

Yuxarıda qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi müəssisə və təşkilatlara təkrar müraciət edərək bildirir ki, radioloji-gigiyenik pasportun əldə edilməsi üçün Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə aşağıdakı səhifədə göstərilən qaydalara uyğun şəkildə müraciət edilməlidir: https://fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1027.

Paylaş:
300

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər