Gəncədə fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama keçirilib - FOTO

11:55 - 25 / 10 / 2023
Gəncədə fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama keçirilib - FOTO

Gəncədə fəaliyyət göstərən çörək istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Bu barədə 1news.az-a Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, agentliyin əməkdaşları nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 360A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçiriblər.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Baxış zamanı çörək istehsalı müəssisəsinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, istifadə olunan alət, avadanlıq və ləvazimatların müvafiq şəraitdə saxlanılıb dezinfeksiya edilmədiyi, işçi heyətin xüsusi geyim vasitələri ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
324

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər