Tərtərdə traktorçu minaya düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə traktorçu minaya düşüb

09:02 - 26 / 10 / 2023
Tərtərdə traktorçu minaya düşüb

Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan 1news.az-a bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb. Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.

Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.

Araşdırma aparılır.

Paylaş:
261

Son xəbərlər

Bütün xəbərlər