Şəkidə yetkinlik yaşına çatmayan şəxs qətl törədib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə yetkinlik yaşına çatmayan şəxs qətl törədib

09:33 - 26 / 10 / 2023
Şəkidə yetkinlik yaşına çatmayan şəxs qətl törədib

Oktyabrın 25-i 1988-ci il təvəllüdlü Tehran Mustafayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə 1news.az-a Şəki Rayon Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, araşdırmalarla yetkinlik yaşına çatmayan Samir Babayevin (şərti) Şəki şəhəri, Xan sarayının yaxınlığında Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Samir Babayev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Paylaş:
391

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər