Keçmiş məcburi köçkünlərə gəlir gətirən sahələr üzrə peşə təhsilləri tədris olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş məcburi köçkünlərə gəlir gətirən sahələr üzrə peşə təhsilləri tədris olunacaq

Qafar Ağayev13:43 - 27 / 10 / 2023
Keçmiş məcburi köçkünlərə gəlir gətirən sahələr üzrə peşə təhsilləri tədris olunacaq

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində qaçqınların və məcburi köçkünlərin peşə təhsilinin artırılması və yeni yaradılmış bizneslərə dəstək məqsədilə “Qayıdacaq məcburi köçkünlərin gəlir gətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi vasitəsilə dayanıqlı icmaların yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsi həyata keçirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, bu istiqamətdə artıq Kəlbəcər rayonunun Zallar kəndinə, Laçın rayonunun isə Sus və Zabux kəndlərinə geri qayıdacaq məcburi köçkünlər arasında görüşlər və sorğular həyata keçirilib. Həmçinin bu mərhələdə benefisiarlar düzgün fəaliyyət seçimi üçün ekspert dəstəyi ilə təmin olunub.

Bildirilib ki, növbəti mərhələdə layihə çərçivəsində Qarabağa və Şərqi Zəngəzura qayıdacaq keçmiş məcburi köçkünlərə gəlir gətirən sahələr üzrə peşə təhsilləri tədris olunacaq. Faydalanan şəxslər yeni yaradılacaq biznes subyektlərinin fəaliyyətini təmin etmək məqsədilə biznes planlarının yazılması və həyata keçirilməsi üçün xüsusi təlim və mentor dəstəyi xidməti də əldə edəcəklər.

Layihə sonunda bu şəxslər, onların fəaliyyətinə dəstək məqsədilə ayrılmış xüsusi aktivlərlə təmin olunacaqlar. Layihənin 2023-cü il oktyabr-dekabr tarixlərini əhatə edən 1-ci mərhələsində ümumilikdə 40 fərdi sahibkar və 5 hüquqi şəxs biznes subyektlərinin təsis edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 3-cü prioritet istiqamətinin 3.1.6 bəndində nəzərdə tutulan “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” fəaliyyəti çərçivəsində təşkil olunur.

Paylaş:
244

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər