Urgənc şəhərində yaradılacaq Azərbaycan – Özbəkistan dostluq mərkəzinə kitablar hədiyyə ediləcək | 1news.az | Xəbərlər
Mədəniyyət

Urgənc şəhərində yaradılacaq Azərbaycan – Özbəkistan dostluq mərkəzinə kitablar hədiyyə ediləcək

14:33 - 27 / 10 / 2023
Urgənc şəhərində yaradılacaq Azərbaycan – Özbəkistan dostluq mərkəzinə kitablar hədiyyə ediləcək

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə cari ilin 23-26 oktyabr tarixlərində Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçiriləcək “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində Urgənc Dövlət Universitetində yaradılacaq “Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan – Özbəkistan dostluq mərkəzi”nə Azərbaycan tarixi, ədəbiyyatına dair zəngin kitab kolleksiyası hədiyyə edililəcək.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzi xalqlarımız, dövlətlərimiz arasında dostluq və əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə Özbəkistanın bir sıra aparıcı Universitetlərində (Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda, Səmərqənd, Nukus, Termiz Dövlət Universitetlərində habelə “Turon” Kitabxana-İnformasiya Mərkəzində və Özbəkistan Dövlət Konservatoriyasında) Azərbaycan ocaqları və mərkəzləri təşkil etmişdir.

Hədiyyə ediləcək nəşrlər arasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər var. Kolleksiyada Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, keçmiş Qarabağ münaqişəsinə dair çap məhsulları da var.

Sözügedən kolleksiyada Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsilə çap olunan nəşrlərindən özbək dilində böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin xüsusi buraxılışı, “Vətən üçün can fəda edən qəhrəmanlar”, “Kitabi-Dədə Qorqud” dastanı, “Hophopnamə”, “Seyid Əzim Şirvani qəzəllləri”, kimi nəşrlər, monoqrafiyalar eləcə də “Günəşə çatar başım – Xurşidbanu Natəvan” “Mən həqiqətin səsiyəm – Əhməd Cavad”, “Əlişir Nəvainin hikmətləri”, “Azərbaycan və özbək atalar sözləri” kimi ikidilli nəşrlər, “Heydər Əliyev – 100 kəlam” adlı üçdilli nəşr, “Şuşa Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dilli ensiklopedik nəşrlər, habelə, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair kitablar da yer alıb.

Bundan əlavə, yaradılacaq mərkəzdə Azərbaycan-Özbəkistan dostluğu, dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin görüşləri, onların dostluğumuzla bağlı fikirləri, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatına dair müxtəlif sərgilər, guşələr təşkil olunacaqdır.

Paylaş:
503

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər