Kürdəmir və Neftçalada qanunsuz tikililər sökülüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmir və Neftçalada qanunsuz tikililər sökülüb - VİDEO

Qafar Ağayev10:53 - 27 / 10 / 2023
Kürdəmir və Neftçalada qanunsuz tikililər sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən 1news.az-a verilən məlumata görə, Kürdəmir rayonunun Ucarlı kəndi və Neftçala şəhəri ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər