Hövsanda qətl törədən şəxslərə hökm oxunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Hövsanda qətl törədən şəxslərə hökm oxunub

16:37 - 30 / 10 / 2023
Hövsanda qətl törədən şəxslərə hökm oxunub

Suraxanıda adam öldürməkdə təqsirləndirilən Elman Mənsumov və Aleksandr Serebrennikovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən hər iki təqsirləndirilən 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçən il oktyabrın 9-da Sabunçu rayonunun Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Çərkəz Ələskərovun üzərində çoxsaylı xəsarət izləri olan cəsədi aşkarlanıb.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2006-cı il təvəllüdlü Aleksandr Serebrennikov və Elman Mənsumov tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Aleksandr Serebrennikov və Elman Mənsumov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hər iki təqsirləndirilən, Cinayət Məcəlləsinin 120.2.1 (Qəsdən adam öldürmə -bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsilə ittiham edilib.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər