Sumqayıtda 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanılıb

09:36 - 30 / 10 / 2023
Sumqayıtda 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanılıb

Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanılıb.

1news.az "Report"a istinadən məlumat verir ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Müşfiq Məmmədovun öldürülən şəxslərlə qonşu olduğu bildirilir.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

Paylaş:
311

Son xəbərlər

Bütün xəbərlər