Tovuzda mal-qara oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda mal-qara oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO

10:48 - 30 / 10 / 2023
Tovuzda mal-qara oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Tovuz Rayon Polis Şöbəsinə rayonun Azaflı kənd sakininə məxsus tövlədən ümumi dəyəri 7628 manat olan 31 baş xırda buynuzlu heyvanın oğurlanması barədə məlumat daxil olub.

DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Tağıyev maddi sübutlarla birlikdə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
260

Son xəbərlər

Bütün xəbərlər