Paytaxt sakini aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxt sakini aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil verib

Qafar Ağayev16:06 - 31 / 10 / 2023
Paytaxt sakini aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil verib

Vətəndaşlarda olan döyüş silahlarının könüllülük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.

1news.az xəbər verir ki, Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edən paytaxt sakinlərindən biri aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil vermək istədiyini bildirib.

Polis vətəndaşın qeyd etdiyi ünvana gəlib və oradan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlif çaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqan (zapal) aşkar edib.

Məlumat verən vətəndaşa qarşı heç bir cəza təhdidi görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün ona təşəkkür edilib.

Paylaş:
460

Son xəbərlər

Bütün xəbərlər