Ziya Bünyadov prospektində inşa edilən piyada keçidi nə zaman istifadəyə veriləcək? - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ziya Bünyadov prospektində inşa edilən piyada keçidi nə zaman istifadəyə veriləcək? - FOTO

Qafar Ağayev11:43 - 31 / 10 / 2023
Ziya Bünyadov prospektində inşa edilən piyada keçidi nə zaman istifadəyə veriləcək? - FOTO

Bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yeni piyada keçidinin inşasına başlanılıb.

Bəs hazırda piyada keçidini inşası hansı mərhələdədir?

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, piyada keçidinin dayaqları inşa edilib.

“Hal-hazırda zavod şəraitində aşırım hissəsinin yığılması prosesi həyata keçirilir. Yığılıb yekunlaşandan sonra, dayaqlar üzərində montajı həyata keçiriləcək. Yəqin ki, işlərin gələn ilin birinci yarısında yekunlaşması baş tutacaq”.

Xatırladaq ki, Layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3.5 metrdir. Yol səviyyəsindən hü­ndürlüyü 5.8 metr tə­şkil edən keçid üstüqapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfi­ndə yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nə­zarət otağının tikintisi, piyada keçidin­in ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər