“Media subyektləri və jurnalistlərin sosial platformalarda peşəkar fəaliyyətinin qurulması” mövzusunda təlim keçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Media subyektləri və jurnalistlərin sosial platformalarda peşəkar fəaliyyətinin qurulması” mövzusunda təlim keçilib

Qafar Ağayev16:10 - 01 / 11 / 2023
“Media subyektləri və jurnalistlərin sosial platformalarda peşəkar fəaliyyətinin qurulması” mövzusunda təlim keçilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 28 və 30 oktyabr 2023-cü il tarixlərində “Media subyektləri və jurnalistlərin sosial platformalarda peşəkar fəaliyyətinin qurulması” mövuzunda təlim keçilib.

1news.az xəbər verir ki, təlimin ilk sessiyasında Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli “Jurnalistlərin sosial şəbəkələrdə fəaliyyəti və redaksiya məsuliyyəti” mövzusunda çıxış edərək informasiya texnologiyalarının inkişafı kontekstində media, sosial şəbəkələr, rəqəmsal media kontentinin xüsusiyyətləri, rəqəmsal mühitdə media brendinin və jurnalist nüfuzunun qorunması, sosial şəbəkələrdə redaksiya və jurnalistlərin maraq toqquşması, jurnalistin etik məsuliyyəti və öhdəliyi haqqında danışıb. Natiq Məmmədli mediada özünə nəzarət və fəaliyyət azadlığı, media etikasının əsas prinsiplərinə diqqət çəkərək bildirib ki, jurnalist hazırladığı materialı işlədiyi media subyektinin rəhbərliyi ilə razılaşdırmadan başqalarına təklif edə bilməz. Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələbləri vurğulayan şöbə müdiri qeyd edib ki, faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir. İkinci sessiyada isə Natiq Məmmədli tərəfindən “Azərbaycan təcrübəsi: Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda vörkşop keçirilib.

Təlimin üçüncü və dördüncü sessiyalarında “Türk Medya”nın 24 TV kanalında aparıcı, “Axşam” qəzetinin elektron versiyasında yazar olaraq çalışan Ezgi Aşık “Sosial media və jurnalist” mövzusunda çıxışında jurnalistin sosial media hesabının idarə edilməsindən, onun sosial mediadakı şəxsi fikirlərinin qurumun fəaliyyətinə təsirindən, sosial medianın trendlərindən bəhs edib. Bildirib ki, jurnalistlərin sosial mediada paylaşdığı məzmun jurnalist etikasına və peşəkar standartlara uyğun olmalı, qərəzsizlik və obyektivlik prinsiplərinə diqqət yetirilməli, etibarlı xəbər mənbələrindən məlumat alınmalıdır. Sonra “Jurnalistlərin etik yanaşması” mövzusu barədə danışan Ezgi Aşık xəbər etikasının vacibliyinə, rəqəmsal mediada yayımını davam etdirən kanalların etika anlayışına yanaşma tərzinə, müxbirin öz xəbərini qabaqlaya bilməsi reallığına, peşəkar işçi “influencer” olarsa, prosesin etik və iqtisadi cəhətdən necə idarə edilməsinə toxunub. Qeyd olunub ki, jurnalistlər sosial media hesablarında hansı məzmunu paylaşacaqlarını müəyyənləşdirməli və məzmun strategiyası hazırlamalıdırlar. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Paylaş:
207

Son xəbərlər

Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42
Bütün xəbərlər