Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının yekun bəyannaməsi imzalandı | 1news.az | Xəbərlər
Mədəniyyət

Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının yekun bəyannaməsi imzalandı

09:40 - 01 / 11 / 2023
Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının yekun bəyannaməsi imzalandı

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə 31 oktyabr – 4 noyabr tarixlərində Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir.

Festival çərçivəsində oktyabrın 31-də Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı gerçəkləşdi.

Toplantıda TÜRKSOY-a üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, eləcə də təşkilatın müşahidəçi üzvləri Şimali Kipr Türk Cümhuriyyəti və Qaqauz Yerindən (Moldova) dövlət teatrlarının rəhbərləri iştirak edirdi.

Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov çıxış edərək iştirakçıları salamladı və toplantının işinə uğurlar arzuladı.
Daha sonra TÜRKSOY-un 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq teatr festivalının türk xalqlarının səhnə sənətinin, dilinin, adət-ənənələrinin təbliğinə böyük töhfə olduğu qeyd olundu.
Digər respublikaların nümayəndələrinin də çıxışları dinlənildikdən sonra TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının birgə bəyannaməsi imzalandı.

Sənəddə türk xalqlarının teatr sahəsində əməkdaşlığın genişləndirilməsi, səhnə işi üzrə sənət mübadiləsi və s. məsələlər əksini tapıb.

Qeyd olundu ki, TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 10-cu toplantısı 2024-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Türkmənistanın Anev şəhərində keçiriləcək.
Sonda iştirakçı ölkələrin nümayəndələrinə sertifikatlar təqdim olundu.

Paylaş:
443

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 11:30Prezident Laosun dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:29İlham Əliyev BƏƏ-nin dövlət başçısını təbrik edibBu gün, 11:13Bakı və Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanıldıBu gün, 10:52İlham Əliyev Qvineya-Bisaunun nümayəndə heyətini qəbul edibBu gün, 10:41Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayırBu gün, 10:22Azercell ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçdi - FOTOBu gün, 10:15DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edibBu gün, 09:59AZAL-dan “Cyber Monday” kampaniyası ilə endirimlərə davamBu gün, 09:45Əmtəə bazarlarında qızılın qiyməti enibBu gün, 09:44AMB dekabrın ilk valyuta məzənnəsini açıqladıBu gün, 09:30Co Bayden oğlunu əfv edibBu gün, 09:25Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Balakəndə satış məqsədilə evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutulub - FOTOBu gün, 09:10Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:09Bakıda tıxac müşahidə edilən küçə və prospektlərBu gün, 09:04Kürdəmirdə ağır yol qəzası olub, ölən var30 / 11 / 2024, 18:07Ötən gün 49 cinayətin üstü açılıb - DİN30 / 11 / 2024, 17:36Sabirabad sakinləri elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri ağır yaralanıb30 / 11 / 2024, 17:04FHN silsilə maarifləndirmə tədbirləri keçirib30 / 11 / 2024, 16:41
Bütün xəbərlər