Emin Əmrullayev: “Növbəti 3 ildə Azərbaycan Universitetlərini reytinq cədvəlində ilk 800-də görə bilərik”
“Hər zaman arzulayırıq ki, Azərbaycan Universitetləri ilk 500-də qərarlaşsın”.
1news.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
“Bu çox çox rahat mövqedir, ancaq bunun arxasında duran önəmli məqamlar var.
Bunun arxasında tədqiqatlar, özəl sektorla əməkdaşlıq, işə götürənlərlə münasibət və s. durur. Bir universitetin reytinqinin müəyyən edilməsi 5 il ərzində həyata keçirilir. Bunun texniki və mexaniki tərəfləri var. Məsələnin mahiyyət və məzmun tərəfi ondan ibarətdir ki, universitetlərimizdə artım eynisürətli artım deyil” .
“Ona görə biz inanırıq ki, növbəti 3 ildə Azərbaycanın ən az 3 universitetini reytinqlərdə ilk 800-də görmək mümkün olacaq” - deyə, nazir əlavə edib:
“Bugünkü rəqəmlər bizim potensialı kifayət qədər ifadə etmir. Dünyada 30 min universitet var, bu qədər universitetin arasında minliyə düşmək özü də uğur sayıla bilər” .