Oktyabrda KTM-ə zəhərlənmə ilə bağlı nə qədər müraciət olub? | 1news.az | Xəbərlər
Cəmiyyət

Oktyabrda KTM-ə zəhərlənmə ilə bağlı nə qədər müraciət olub?

Qafar Ağayev13:01 - 02 / 11 / 2023
Oktyabrda KTM-ə zəhərlənmə ilə bağlı nə qədər müraciət olub?

Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib.

Mərkəzin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, onlardan 53-ü kişi, 47-si qadın, 28-i isə uşaq olub.

Qəbul olunan xəstələrdən 64-i dərmandan, 24-sı sirkə turşusundan, 8-si göbələkdən, 14-ü etanoldan, 7-si dəm qazından zəhərlənib.
Digərlərindən 3-ü allergik reaksiyadan, 1-i isə botulizm, 4-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 3 nəfəri ilan sancıb.

Qeyd edilib ki, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub.

Paylaş:
272

Son xəbərlər

Bütün xəbərlər