“LU-MUN Holding” dayanıqlı inkişaf məqsədlərini irəlilətmək məqsədilə BMT-nin Qlobal Sazişinə qoşulub

BMT Qlobal Sazişinin yeni üzvü olaraq "LU-MUN Holding" kənd təsərrüfatı və ərzaq istehsalının davamlı inkişafı sahəsində qabaqcıl təcrübələri tətbiq edən qlobal şirkətlər və yerli icmalarla əməkdaşlıq etmək imkanı əldə edir.
BMT-nin Qlobal Sazişində iştirak bizə sənayedə müsbət dəyişiklikləri əldə etməyə və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün töhfə verməyə imkan yaradacaq.
"LU-MUN Holding"in idarə heyətinin sədri Rüfət Tabasaranski şirkətin Qlobal Sazişə üzv olması münasibətlə məmnunluğunu ifadə edərək bildirib: "Holdinqin korporativ idarəetmə təcrübələri, eləcə də uğurlu sosial və ekoloji aktivliyi bizə davamlı inkişaf məqsədlərinə nail olmaq öhdəliyimizi inamla nümayiş etdirməyə imkan verir ki, bu da öz növbəsində fəaliyyətimizin nəticələrinə müsbət təsir göstərə bilər".
Bundan əlavə, "LU-MUN Holding"in törəmə şirkəti olan "Azerbaijan Fish Farm"ın baş direktoru Məmməd Nəzərəliyev əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd edib: "BMT-nin Qlobal Sazişində iştirak "LU-MUN Holding"in bu təşəbbüsün fəal iştirakçısı olmaq istəyini açıq şəkildə nümayiş etdirir. Bu əməkdaşlıq sayəsində biz həm Azərbaycanda, həm də ölkədən kənarda davamlı inkişaf sahəsində nüfuzumuzu artıra biləcəyik".
"Kənd təsərrüfatı və qida istehsalı sahəsində sürətlə böyüyən aktivlərə mailk olan "LU-MUN Holding" öz əsas müəssisələrində və ətrafında daha çox biomüxtəlifliyi təmi etmək və sosial-iqtisadi rifahı genişləndirmək məqsədilə ekoloji və sosial riskləri imkanlara çevirmək üçün unikal mövqeyə malikdir. Sosial layihələr portfelinə nəzər saldıqda, holdinqin özü üçün məhz bu yolu seçdiyi açıq-aydın görünür, BMT-nin Qlobal Sazişinə və onun prinsiplərinə sadiqliyi isə "LU-MUN"un biznesin aparılmasına inklüziv yanaşmasını bir daha təsdiqləyir", deyə BMT Qlobal Sazişinin Azərbaycan üzrə regional rəhbəri cənab Samir Məmmədov bildirib.
2017-ci ildə təsis edilən "LU-MUN Holding" MMC Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahəsində mühüm oyunçuya çevrilib. Şirkətin əsas məqsədi Azərbaycanın təbii sərvətlərinin optimallaşdırılması və canlandırılmasıdır. "LU-MUN Holding" davamlı müsbət təsir yaratmaqla sağlam və davamlı həyat tərzi seçimlərini icmalar üçün cəlbedici və əlçatan etməyə çalışır.
BMT Qlobal Sazişinin üzvü olaraq "LU-MUN Holding" öz biznes strategiyalarının və əməliyyatlarının Qlobal Sazişin on prinsipinə uyğunlaşdırılması üzərində çalışacaq. Bu əməkdaşlıq şirkətə davamlılıq prinsiplərini əsas biznesinə inteqrasiya etməyə imkan verəcək və bununla da Azərbaycanın daha firavan və davamlı gələcəyinə və onun kənd təsərrüfatı sektorunun inkişafına töhfə verəcək.
Məlumat üçün:
Kənd təsərrüfatı və qida istehsalı üzrə ixtisaslaşmış aparıcı investisiya holdinqi "LU-MUN" Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulduğunu elan etməkdən qürur duyur. Bu öhdəlik bizim davamlılığa və Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinə sadiqliyimizi bir daha təsdiqləyir.
BMT-nin Qlobal Sazişi 2000-ci ildə başladılmışdır. Bu, davamlı inkişafın universal prinsiplərini irəlilətmək üçün şirkətləri və qeyri-kommersiya tərəfdaşlarını bir araya gətirən dünyanın ən böyük könüllü təşəbbüsüdür. 160 ölkədən 20 minə yaxın iştirakçı insan hüquqları, əmək, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə sahəsində on prinsipə riayət olunmasını müdafiə edir.
Əlavə məlumat üçün əlaqə:
Vebsayt: http://lmh.az/
E-poçt: [email protected]
Reklam hüququnda