İndi Market alış-verişin qanunlarını dəyişdirir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İndi Market alış-verişin qanunlarını dəyişdirir – FOTO

09:41 - 02 / 11 / 2023
İndi Market alış-verişin qanunlarını dəyişdirir – FOTO

Hər birimiz yemək hazırlayarkən ərzaq çatışmazlığı, qonaqların qəfil gəlişi və ya mağazaya getmək üçün vaxtın olmaması kimi gündəlik çətinliklərlə üzləşirik.

Belə halları həll edən çatdırılma xidmətləridir ki, bunlardan biri - yerli İNDİ Market tətbiqidir, burada supermarketlərdə olan hər şeyi, bəzən isə daha çoxunu tapa bilərsiniz. Bəs İNDİ-ni unikal xidmət edən nədir?

İNDİ Market-in təsisçisi Fuad Bağırov bütün suallarımızı cavablandırdı.

- İNDİ Market nədir?

- İNDİ Market "dark store" formatında supermarketlər şəbəkəsidir, market rəflərində olan məhsul çeşidini təqdim edir. Lakin məhsulları birbaşa alıcının ünvanına çatdırırıq.

Məqsədimiz supermarket formatını müasir, mobil və rahat etməkdir. Məsələn, kommunal xidmətlərin ödənilməsi ilə oxşar təcrübə var - əvvəllər insanlar ödəniş etmək üçün poçt şöbəsinə getməli idilər, indi isə bu, iki kliklə baş verir. Çatdırılmanın sürətli olması çox vacibdir, çünki əsas arqument vaxta qənaətdir, bunun üçün mütəmadi yeni “dark store”lar açırıq, beləliklə çatdırılma müddətini azaldırıq.

- İNDİ-ni yaratmaq ideyası necə yarandı? Sizi nə ilhamlandırdı və niyə məhz bu seqmenti seçdiniz?

- Komandamız illərdir ki, IT sahəsində müxtəlif layihələr yaradır və həyata keçirir, ona görə bu format bizə tanışdır.

İlham mənbəyi isə insanların marketlərdə keçirdikləri vaxt problemini həll etmək istəyi idi, çünki özümüz də hər dəfə ərzaq almaq üçün marketə getmək istəmirdik.

Adi supermarketlər oflayn satışa yönəldiyinə görə, online sifarişlərin keyfiyyəti və çatdırılma müddəti zəifdir. Buna görə oxşar xarici xidmətləri nümunə götürərək, bu problemləri uğurla həll edən İNDİ-ni yaratdıq.

- “Dark Store” konsepsiyası haqqında məlumat verə bilərsinizmi?

- “Dark Store” – bildiyimiz mağazalar kimidir, yeganə fərq isə vitrinlərin olmamasıdır, daha çox anbar formatına yaxındır. Məhsulların rəflərə düzülüşü elə düşünülüb ki, hər sifarişi 2-3 dəqiqəyə toplaya bilək. Bundan başqa, supermarkedə mövcud olan rəflərin eynisi, eyni soyuducu və kassa aparatlarıdır. Vitrinimiz - sizin telefonunuzdur.

- Hazırda neçə “Dark Store” var və adi supermarketləriniz varmı?

- Bakı şəhərinin demək olar ki, bütün ərazisini əhatə edən 6 “Dark Store” fəaliyyət göstərir, lakin onların sayı hər ay artır.

Həmçinin bu yay oflayn və onlayn supermarketlərin birləşdirildiyi "phygital" (fiziki plus rəqəmsal) supermarket tipli yeni konsepsiyanı sınaqdan keçirməyə başladıq. İlk filial Mərdəkanda uğur qazandı, çünki bağ evlərinə ərzaq çatdırılmasına böyük ehtiyac var. Çox yaxında Xırdalanda daha bir filialın açılışı olacaq.

- Effektivliyə necə nail olursunuz və iş zamanı keyfiyyət itirilmirmi?

- Keyfiyyət bizim üçün hər şeydən önəmlidir. Gündə üç dəfə məhsulların təravətinə nəzarət etmək, düzgün düşünülmüş məhsulun yerləşdirilməsi kimi müəyyən gündəlik prosedurlar və çatdırılma qaydaları var - bütün bunlar işimizin yüksək səviyyədə qalmasına kömək edir.

Başqa mağazalardan məhsul çatdırmırıq, ona görə də müştərimiz əmin ola bilər ki, tətbiqdə hər hansı məhsul varsa, o, gözləntilərə cavab verəcək.

Bundan əlavə, bütün kuryerlər şirkətin tam ştatlı işçiləri kimi qeydiyyatdan keçiblər. Həm kuryerlər və anbarçılar, həm də mopedlər aylıq sınaqdan keçirilir.

- Hazırda pulsuz çatdırılma kampaniyasını keçirirsiniz, bu kampaniya nə qədər davam edəcək və bu İNDİ-nin qazancına necə təsir edir?

- Çatdırılma xidmətinin seçildiyi 4 əsas parametr var - vaxt, çeşid, qiymət diapazonu və çatdırılma qiyməti. Bütün 4 komponent saat kimi işləyirsə, sifarişlərin sayı və istifadəçi loyallığı artır. Biz bu konsepsiyanı sınaqdan keçirmək qərarına gəldik və hər gün bu qərarın düzgünlüyünə əmin oluruq.

Qazanclara gəlincə, biz standart pərakəndə satış kimi malların qiymət artımından qazanırıq. Malların dəyərini bazar qiymətindən yüksək qoymuruq - qiymətlərə daim nəzarət edirik.

Əlavə gəlir brendlər və təchizatçılarla marketinq müqavilələrindən əldə edilir.

- İNDİ ilə digər çatdırılma xidmətləri arasında fərq nədir?

- Biz marketdə tapılan məhsulların çatdırılmasında fokuslanmışıq – belə dar profil seçimi bizi fərqləndirən keyfiyyətə nəzarət etməyə imkan verir.

Üstəlik, öncədən qeyd etdiyim kimi, biz yalnız öz mağazalarımızdan çatdırırıq ki, bu da çatdırılma müddətlərinə cavabdeh olmağımıza imkan verir.

İlk gündən məhsulu və texnoloji prosesləri təkmilləşdiririk ki, bu əsas göstəricilər ən yaxşı səviyyədə qalsın. Ona görə də oxşar xidmətlərin bizə yetişməsi asan olmayacaq.

- Deyə bilərsinizmi, azərbaycanlılar ən çox hansı məhsulları sifariş edirlər?

- Ən çox sifariş olunan məhsullar banan, enerji içkiləri və adi sudur. Sıranı davam edir çörək, pendir və pivə :)

- İNDİ Marketdə tapa biləcəyimiz ən maraqlı məhsul hansıdır?

- Bir çox maraqlı və unikal təkliflərimiz var. Məsələn, məhsul çeşidini artırmaq istədik və alman malları kateqoriyasını əlavə etdik. Bu məhsullar insanların rəğbətini qazandı və anladıq ki, müştərilərimiz yüksək keyfiyyətə dəyər verir. Bu yaxınlarda tətbiqimizdə yunan kosmetik məhsulları da öz yerini aldı. Tezliklə təzə bişmiş un məmulatlarının geniş çeşidi də təqdim olunacaq.

- Heç olubmu ki, İNDİ sizə şəxsən kömək edib?

- Əslində, İNDİ yaratmaq ideyası ondan irəli gəlirdi ki, mən hər kəsin çətin hallarda yardımına gələcək köməkçisinin olmasını istəyirdim.

Təbii ki, İNDİ mənə də dəfələrlə kömək edib.

Məsələn, bir gün qızımın ad gününü bağda qeyd edirdik və tort üçün şam almağı unutmuşduq. Nəticədə şam, meyvə, içki, hətta səhər yeməyi məhsullarını da sifariş etdik.

- Gələcək üçün planlarınız nədir?

- İNDİ Market istedadlı, motivasiyalı komanda sayəsində çox sürətlə böyüyən startapdır!

Gələn il üçün əsas plan – bütün Bakı sakinlərinin telefonunda İNDİ Market tətbiqinin olmasıdır. Öz seqmentimizdə çempion olmaq, həm də, gələcəkdə beynəlxalq bazara çıxmaq məqsədimiz var.

Reklam hüququnda

Paylaş:
490

Son xəbərlər

Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41
Bütün xəbərlər