Səhiyyə naziri: Ölkədə COVİD-lə bağlı vaksinasiya prosesi demək olar başa çatıb

Ölkədə COVİD-lə bağlı vaksinasiya prosesi demək olar ki, böyük uğurla başa çatıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bunun nəticəsində epidemioloji vəziyyət qənaətbəxşdir:
"Vaksin ehtiyatımız yetərincədir. Vaksin olunmayanlar üçün hələ də gec deyil. Vətəndaşları məsuliyyətlərini dərk edərək vaksinasiya olunmağa çağırıram".
206