Samir Şərifov “Dövlətin cərimələrdən pul qazanmaq niyyəti yoxdur, məqsəd başqadır”
“Dövlətin cərimələrdən pul qazanmaq niyyəti yoxdur, məqsəd hansısa düzgün olmayan fəaliyyəti yasaqlamaqdır”.
1news.az xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
“Qaydaları pozanlar üçün,müəyyən cəza tədbirləri həyata keçirilir. Parkinqlər məsələsi daha geniş bir konsepsiyanın tərkib hissəsidir. Burada konsepsiyada məqsəd ictimai nəqliyyatın təkmilləşdirildir”, - deyə o əlavə edib.
Nazir bildirib ki, burada məqsəd hansısa düzgün olmayan fəaliyyəti yasaqlamaqdır.
“Kim ki, bu qaydaları pozur, ona qarşı müəyyən cəza tədbirləri görülür. Parkinqlər məsələsi daha geniş bir konsepsiyanın tərkib hissəsidir. Bu konsepsiya ictimai nəqliyyatın təkmilləşdirilməsi məsələsinə xidmət edir”, - deyə o əlavə edib.