Bakı sakini qanunsuz saxladığı avtomatı polisə təhvil verib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakini qanunsuz saxladığı avtomatı polisə təhvil verib - VİDEO

16:43 - 04 / 11 / 2023
Bakı sakini qanunsuz saxladığı avtomatı polisə təhvil verib - VİDEO

Profilaktik və əməliyyat tədbirləri zamanı Binə qəsəbəsində 2 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd tüfəng, 2 ədəd qumbara və 25 ədəd patron aşkar edilib.

DİN-dən 1news.az-a verilən məlumata görə, vətəndaşlarda olan odlu silah-sursatların könüllülük əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsi sakini özündə olan 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd darağı və 10 ədəd patronu könüllü olaraq polislərə təhvil verib.

Bundan başqa, həmin qəsəbədə yaşayan daha bir paytaxt sakini gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəngi, 1 ədəd qumbaranı, eləcə də 3 ədəd patronun yeri barədə 3-cü Polis Şöbəsinə məlumat verib. Qeyd edilən silah-sursat təhlükəsizlik tədbirləri görülərək gizlədilən yerdən götürülüb. Polisə vaxtında məlumat verən vətəndaşlara təşəkkür edilib. Şöbə əməkdaşları tərəfindən həmçinin son günlərdə keçirilən tədbirlər zamanı daha 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd qumbara, 15 ədəd patron və 1 ədəd patron darağı əməliyyat yolu ilə əldə edilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
244

Son xəbərlər

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35
Bütün xəbərlər