Bakıda 1400 manat dəyərində 2 parklanma lövhəsi oğurlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 1400 manat dəyərində 2 parklanma lövhəsi oğurlandı

09:56 - 04 / 11 / 2023
Bakıda 1400 manat dəyərində 2 parklanma lövhəsi oğurlandı

Bakıda 1400 manat dəyərində parklanma lövhələri oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, noyabrın 3-də Səbail rayonu ərazisindən 1400 manat dəyərində 2 ədəd parklanma lövhəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Fərəcov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər