1991-dən indiyədək nə qədər adam mina qurbanı olub? - Hikmət Hacıyev açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

1991-dən indiyədək nə qədər adam mina qurbanı olub? - Hikmət Hacıyev açıqladı

Qafar Ağayev10:20 - 04 / 11 / 2023
1991-dən indiyədək nə qədər adam mina qurbanı olub? - Hikmət Hacıyev açıqladı

Azərbaycanda 10 noyabr 2020-ci il tarixindən 3 noyabr 2023-cü ilə tarixinə qədər 50 mülki şəxs mina partlayışı nəticəsində ölüb, 107 mülki şəxs isə yaralanıb.

1news.az xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu “X” sosial platformasında paylaşımında bildirib.

Həmçinin bu dövr ərzində 15 hərbçi mina partlaması nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb.

Prezidentin köməkçisi vurğulayıb ki, ümumilikdə götürdükdə yuxarıda qeyd edilən dövr ərzində 65 nəfər mina partlaması nəticəsində həlak olub, 271 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hikmət Hacıyev onu da qeyd edib ki, 1991-ci ildən indiyə kimi Azərbaycanın 3415 nəfər mina qurbanı olub. Onlardan 357 nəfər uşaq və yeniyetmə, 38 nəfər isə qadındır.

"Azərbaycanda mina qurbanları əsasən, mülki şəxslərdir. Demək olar ki, hər həftə daha bir ölümcül və qanlı mina partlayışının şahidi oluruq", - Hikmət Hacıyev əlavə edib.

Paylaş:
530

Son xəbərlər

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38
Bütün xəbərlər