Ötən sutkada əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən sutkada əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin üstü açılıb

10:48 - 04 / 11 / 2023
Ötən sutkada əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin üstü açılıb

Noyabrın 3-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 95, o cümlədən borclu şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Qeyd olunub ki, cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Paylaş:
307

Son xəbərlər

Bütün xəbərlər