TƏBİB-in tabeliyindəki bəzi tibb müəssisələrinə direktor və direktor müavinləri təyin edilib - ADLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB-in tabeliyindəki bəzi tibb müəssisələrinə direktor və direktor müavinləri təyin edilib - ADLAR

Qafar Ağayev12:17 - 04 / 11 / 2023
TƏBİB-in tabeliyindəki bəzi tibb müəssisələrinə direktor və direktor müavinləri təyin edilib - ADLAR

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin ediliblər.

1news.az xəbər verir ki, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında Natiq Əliyev, Samux Rayon Mərkəzi Xəstəxanasında Loğman Hacı Bədəlli, Laçın Rayon Mərkəzi Xəstəxanasında isə Orxan Cəbrayılov direktor vəzifəsini icra edəcəklər.

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev ixtisasca infeksionistdir. O, bu təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının Sənaye təbabət bölməsinin müdiri, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü olub.

Samux Rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacı Bədəlli ixtisasca oftalmoloqdur. Yeni təyinatınadək Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçisi, oftalmoloq-cərrah kimi fəaliyyət göstərib.

Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov ixtisasca terapevtdir, bundan əvvəl sözügedən xəstəxanada Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.

Eyni zamanda Hikmət Fərəməzov Quba Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - İlkin səhiyyə xidmətinin rəhbəri, Güllü İbadova Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini, Elnur Abdullayev isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim vəzifəsinə təyin ediliblər.

Quba Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - İlkin səhiyyə xidmətinin rəhbəri Hikmət Fərəməzov ixtisasca terapevtdir. O, bu vəzifəsinədək sözügedən xəstəxananın Statistika bölməsinin müdiri olub.

Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini Güllü İbadova ixtisasca oftalmoloqdur. Yeni təyinatınadək Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim Elnur Abdullayev ixtisasca anestezioloq-reanimatoloqdur. Bundan əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsini icra edib.

Paylaş:
660

Son xəbərlər

Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06
Bütün xəbərlər