Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edilib

12:55 - 06 / 11 / 2023
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitututərəfindən AZS 001-2006 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı əvəzinə yenilənmiş AZS 001-2023 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı qəbul edilib.

1news.az xəbər verir ki, bu standart Azərbaycan Respublikasının Dövlət Bayrağına şamil edilir və onun hazırlanmasına dair texniki tələbləri müəyyənləşdirir.

Eyni zamanda, standartla Azərbaycan Respublikasının Dövlət Bayrağının utilizasiya qaydaları da müəyyən olunur.

Paylaş:
289

Son xəbərlər

Bütün xəbərlər