Vətəndaşlar 20-dən çox silah-suratı polisə təhvil verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətəndaşlar 20-dən çox silah-suratı polisə təhvil verib

15:45 - 08 / 11 / 2023
Vətəndaşlar 20-dən çox silah-suratı polisə təhvil verib

Vətəndaşlar 20-dən çox silah-suratı polisə təhvil verib.

DİN-dən 1news.az-a verilən məlumata görə, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ov tüfəngi, 3 qumbara, 12 ədəd müxtəlif çaplı patron və güllə atmaq üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanan əşya təhvil götürüb, həmçinin 3 ov tüfənginin tapılması təmin edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə 5 vətəndaşdan 6 ov tüfəngi aşkar edilərək götürülüb.

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər