“Aframax” tipli “Zəngəzur” tankerində Azərbaycan bayrağı qaldırılıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Aframax” tipli “Zəngəzur” tankerində Azərbaycan bayrağı qaldırılıb - FOTO - VİDEO

13:28 - 09 / 11 / 2023
“Aframax” tipli “Zəngəzur” tankerində Azərbaycan bayrağı qaldırılıb - FOTO - VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yaradılmış “SA Maritime AFEZCO” Birgə Müəssisəsinə məxsus “Aframax” tipli sayca üçüncü gəmidə Dövlət Himninin sədaları altında üçrəngli Azərbaycan bayrağı qaldırılıb.

1news.az xəbər verir ki, digər "Aframax" tipli tankerlər kimi, bu gəmi də Prezident İlham Əliyevin tapşırığı ilə xalqımız üçün mühüm olan tarixi torpağımızın şərəfinə adlandırılıb. Belə ki, yeni istismara verilən gəmiyə “Zəngəzur” adı verilib.

"Zəngəzur"un dedveyti də (ümumi yükgötürmə qabiliyyəti) bundan öncə istismara verilən "Şuşa" və "Qarabağ" “Aframax” tipli tankerlər kimi təxminən 115 min tondur.

“ASCO Ship Management AFEZCO" tərəfindən idarə olunacaq "Aframax" tipli bu tanker də Xəzərdənkənar sularda istismar ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin dəstəyi ilə alınan bu nəhəng gəmilər ölkəmiz üçün strateji əhəmiyyətə malik olmaqla, milli gəmiçiliyin yükdaşıma potensialının artırılmasına xidmət edəcək, neft sənayemizin beynəlxalq dəyər zəncirinə töhfə verəcək.

Onu da əlavə edək ki, “Aframax” tipli tankerlərin alınması layihəsi üzrə ASCO-nun payı bir müddət əvvəl yerli bazarda uğurla buraxılan “ASCO istiqrazları”ndan cəlb olunan vəsait hesabına maliyələşdirilib.

Paylaş:
208

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər