Şəmkirdə qanunsuz saxlanılan yivli silahlar polisə təhvil verilib
Şəmkir Rayon Polis Şöbəsinin və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Keçirilən müvafiq tədbirlər nəticəsində həftə ərzində 17 rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli ov silahlarını polisə könüllü təhvil veriblər.
Bununla da şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində cari ilin müvafiq dövrü ərzində ümumilikdə aşkarlanan silahların sayı 105-ə çatıb.
Qeyd edək ki, aşkarlanan silahlardan 7-si yivli silahlar sinifinə aiddir.