Biləsuvarda uşaq kələm şorabasından zəhərlənərək ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda uşaq kələm şorabasından zəhərlənərək ölüb

15:24 - 10 / 11 / 2023
Biləsuvarda uşaq kələm şorabasından zəhərlənərək ölüb

Biləsuvar rayonunun Təzəkənd kəndində uşaq kələm şorabasından zəhərlənərək ölüb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, rayon sakini, 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona göstərilən tibbi yardımlara baxmayaraq, xəstəxanada vəfat edib.

İlkin ehtimala görə, mərhum ev şəraitində hazırlanan kələm şorabasından (turşu) zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər