DYP yük avtomobillərinin sürücülərinə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP yük avtomobillərinin sürücülərinə xəbərdarlıq edib

Qafar Ağayev10:38 - 10 / 11 / 2023
DYP yük avtomobillərinin sürücülərinə xəbərdarlıq edib

Baş DYP İdarəsi yük avtomobilləri sürücülərinə xəbərdarlıq edib.

İdarədən 1news.az-a verilən məlumata görə, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyri sabit hava şəraiti ilə əlaqədər yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına istisnasız riayət etməyi xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri xüsusilə diqqətli olmalı, küləkli hava şəraitində böyük ölçülü nəqliyyat vasitələri ilə hərəkətin daha da çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Paylaş:
643

Son xəbərlər

Bütün xəbərlər