Abşeronda polisin saxladığı şübhəli şəxsin evindən silah aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda polisin saxladığı şübhəli şəxsin evindən silah aşkarlandı

12:58 - 10 / 11 / 2023
Abşeronda polisin saxladığı şübhəli şəxsin evindən silah aşkarlandı

Abşeron polisi şübhəli şəxsi saxlayıb.

DİN-dən 1news.az-a verilən məlumata görə, rayonun Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini Vüsal Baxşıyev şübhəli şəxs qismində saxlanılıb.

Ondan 17 qrama yaxın metamfetamin, 32 qramdan artıq marixuana aşkar olunub.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə 90 qramdan çox metamfetamin, 635 qram marixuana və 1 ədəd tapança aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Paylaş:
376

Son xəbərlər

Bütün xəbərlər