Yağış, qar yağıb - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış, qar yağıb - Faktiki hava

Qafar Ağayev11:07 - 11 / 11 / 2023
Yağış, qar yağıb - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 11-nə olan məlumatına əsasən noyabrın 10-da ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Xidmətdən 1news.az-a verilən xəbərə görə, noyabrın 10-da axşam saatlarından güclü külək tədricən zəifləyib, 11-də səhər saatlarından yağıntılar kəsilib.

Düşən yağıntının miqdarı Astarada 45 mm (aylıq normanın 29%-i), Lənkəranda 24 mm (aylıq normanın 14%-i), Yardımlı, Xaltan, Altıağac, Lerik, Qəbələ, Zaqatala, Qax, Qrız, Naxçıvan, Oğuz, Şəki, Quba, Şamaxı, İsmayıllı, Biləsuvar, Ağsu, Şahdağ, Mingəçevir, Sabirabadda 6 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Qrızda 1 sm olub. Şamaxı, Qrız, Lerik, Şəmkirdə duman müşahidə olunub.

Noyabrın 11-də və 12-də ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Paylaş:
323

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər