Vətəndaşlar avtomat, qumbara və ov tüfənglərini polisə təhvil verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətəndaşlar avtomat, qumbara və ov tüfənglərini polisə təhvil verib

09:45 - 13 / 11 / 2023
Vətəndaşlar avtomat, qumbara və ov tüfənglərini polisə təhvil verib

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyindən 1news.az-a bildirilib ki, noyabrın 11-də və 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat, 12 ədəd qumbara, 6 patron darağı, 490 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 4 ov tüfəngi aşkar edilərək götürülüb.

Paylaş:
285

Son xəbərlər

Bütün xəbərlər