Sabah Neftçalada qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Neftçalada qaz olmayacaq

Qafar Ağayev16:40 - 14 / 11 / 2023
Sabah Neftçalada qaz olmayacaq

Sabah Neftçala rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Ələt-Astara” avtomobil yolunun “Yenikənd-Biləsuvar” hissəsinin genişləndirilməsi məqsədilə tikinti sahəsinə düşən “Qaz İxrac” İdarəsinə məxsus “Neftçala qaz kəməri qolu”nun 20-ci km-də yerləşən yol keçidi hissəsinin yenidən qurulması ilə bağlı yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi ilə əlaqədar noyabrın 15-də saat 08:00-dan təmir işləri başa çatanadək “Neftçala” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Neftçala şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
447

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər