Avtomobil sürücüsünün diqqətsizliyi dəmir yolunda qəzaya səbəb oldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobil sürücüsünün diqqətsizliyi dəmir yolunda qəzaya səbəb oldu - FOTO

Qafar Ağayev12:17 - 14 / 11 / 2023
Avtomobil sürücüsünün diqqətsizliyi dəmir yolunda qəzaya səbəb oldu - FOTO

Ötən gün axşam saatlarında Yeni Suraxanı stansiyasının girişindəki dəmiryol keçidində dövlət qeydiyyat nişanı 77-CR-217 olan "Opel" markalı minik avtomobili qəflətən "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovozun yoluna çıxaraq qəzaya səbəb olub.

ADY-dən 1news.az-a verilən məlumata görə, Toqquşma nəticəsində xəsarət alan olmayıb.

ADY nəqliyyat vasitələri sürücülərinə çağırış edir!

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət edin, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salın, yüksək sayıqlıq göstərin və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətə davam edin!

Xatırladaq ki, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülər 𝟏𝟎𝟎 𝐀𝐙𝐍 məbləğində cərimə edilir.

Paylaş:
336

Son xəbərlər

Bütün xəbərlər