Xidmət rəisi: “Su obyektlərində fasiləsiz hidrometeoroloji müşahidələr aparılır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Xidmət rəisi: “Su obyektlərində fasiləsiz hidrometeoroloji müşahidələr aparılır”

Ayşən İsmayılova14:42 - 15 / 11 / 2023
Xidmət rəisi: “Su obyektlərində fasiləsiz hidrometeoroloji müşahidələr aparılır”

“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən quruda, yerli və tranzit çaylar, göllər, su anbarları və Xəzər dənizinin Azərbaycan sektoru da daxil olmaqla su obyektlərində fasiləsiz hidrometeoroloji müşahidələr aparılır”.

1news.az xəbər verir ki bu sözləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətin rəisi Nazim Mahmudov Türk Dünyasının II Meteorologiya Forumunda deyib.

"Son illər ərzində hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsinə, hidrometeoroloji müşahidələrin avtomatlaşdırılmasına başlanmışdır. 2019-cu ildən dövlət investisiya layihələri çərçivəsində müasir meteoroloji dopler radiolokatorlar, yeni nəsil avtomat hidroloji, meteoroloji və dəniz stansiyaları alınaraq quraşdırılmışdır. Həmçinin dövlət investisiyası hesabına Milli Hidrometeorologiya Xidmətində təhlükəli hava hadisələrinin idarə olunması məqsədilə Situasiya Mərkəzi yaradılıb".
N.Mahmudov deyib ki, müşahidə şəbəkəsinin avtomatlaşdırılması və Dopler radar sistemlərindən istifadə hidrometeoroloji proqnozların və təhlükəli atmosfer hadisələri barədə xəbərdarlıqların keyfiyyətinin artmasında xüsusi rol oynamışdır.

"Qeyd olunduğu kimi, artıq 20 ildən artıqdır ki, hidrometeoroloji proqnozların tərtibatında Türkiyə Respublikasının istehsalı olan Turkmetkap proqramından geniş istifadə olunur. Peyk məlumat mübadiləsi sistemi ilə hava proqnozlarının hazırlanmasında istifadə olunan faktiki məlumatlarla yanaşı çoxsaylı proqnostik xəritələr, rəqəmsal modellərin nəticələri əldə olunur, informasiya mübadiləsi aparılır".

Paylaş:
234

Son xəbərlər

DYP yeni tədris ilinin başlanması ilə bağlı hərəkət iştirakçılarına müraciət edibBu gün, 10:21Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubBu gün, 10:07Bakı metrosunun enerjiyə qənaəti ilə bağlı hesabatı açıqlanacaq13 / 09 / 2024, 17:46Azərbaycan idmançıları Ümumdünya Köçəri Oyunlarını 7 medalla başa vurublar13 / 09 / 2024, 17:31Ölkə əhalisinin sayı açıqlandı13 / 09 / 2024, 17:20Azərbaycanda nikahların sayı azalıb13 / 09 / 2024, 17:17Mərkəzi Bankda “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib13 / 09 / 2024, 17:08Bakı yollarında COP29 yazılı zolaq salınır13 / 09 / 2024, 16:42Bu ilin yanvar-iyul ayları ərzində doğulan əkiz və üçəmlərin sayı açıqlanıb13 / 09 / 2024, 16:35Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir - FOTO13 / 09 / 2024, 16:12Cəlilabadda ətraf mühiti zibilləyənlər məsuliyyətə cəlb olunublar13 / 09 / 2024, 16:08Günümüzdə qəbul edilən əlifbanın əsası nə zaman qoyulub?13 / 09 / 2024, 15:53Bakı metrosuna 2 yeni qatar gətirilib13 / 09 / 2024, 15:48Samuxda təmir sexi və avtomobil yanıb13 / 09 / 2024, 15:22Üzrlü səbəbdən iştirak edə bilməyən üçün təşkil olunan imtahanın nəticələri açıqlandı13 / 09 / 2024, 15:02Prezident “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNİB13 / 09 / 2024, 14:58İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib - YENİLƏNİB13 / 09 / 2024, 14:56“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü13 / 09 / 2024, 14:51Sentyabrda “Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu keçiriləcək13 / 09 / 2024, 14:40Sentyabrın ötən dövrü ərzində ölkə ərazisində müşahidə olunan hava açıqlanıb13 / 09 / 2024, 14:31
Bütün xəbərlər