Bakının daha bir prospektində sürət həddi endirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının daha bir prospektində sürət həddi endirildi - FOTO

Qafar Ağayev15:17 - 15 / 11 / 2023
Bakının daha bir prospektində sürət həddi endirildi - FOTO

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə tədbirlər davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumat qeyd olunub.

Bildirilib ki, bu tədbirlər çərçivəsində 15 noyabr tarixindən paytaxtın Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib. Qeyd olunan yol sahəsində hazırda müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik.

Paylaş:
556

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər