Paytaxt məktəbliləri 116 layihə ilə SAF 2023-də iştirak edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxt məktəbliləri 116 layihə ilə SAF 2023-də iştirak edəcək

Qafar Ağayev17:47 - 15 / 11 / 2023
Paytaxt məktəbliləri 116 layihə ilə SAF 2023-də iştirak edəcək

Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2023) iştirak edəcək paytaxt məktəblilərindən ibarət komandaların layihələrinə baxış keçirilib.

Bu barədə 1news.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, STEAM İnnovasiya Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə qonaqlar paytaxt məktəblilərindən ibarət komandaların hazırladıqları layihələrlə tanış olublar.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva artıq üçüncü dəfə Bakıda keçiriləcək SAF 2023-də iştirak edəcək paytaxt məktəblilərini təbrik edib və onlara uğurlar arzulayıb.

STEAM əsaslı təhsilin əhatə dairəsinin genişləndirildiyini bildirən M.Vəliyeva qeyd edib ki, məqsəd təhsilalanların innovativ ideyalarının reallaşdırılmasında müasir texnologiyaların tətbiqinin təmin edilməsi, həmçinin süni intellektdən iqtisadiyyatın müxtəlif sahələrində istifadə bacarıqlarının formalaşdırılmasından ibarətdir.

M.Vəliyeva festivalın bacarıqlı, yeni çağırışlara cavab verən kadrların formalaşmasında mühüm rol oynayacağına əminliyini vurğulayıb. Məktəblilərə festivalda iştirakla bağlı müvafiq tövsiyələrini verən M.Vəliyeva rəqəmsal səriştələrin artırılması və XXI əsr bacarıqlarının inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Tədbirdə komanda üzvləri öz layihələri haqqında geniş məlumat verib və layihələrini praktik şəkildə nümayiş etdiriblər.

Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak üçün ümumilikdə 4 795 nəfər qeydiyyatdan keçib. Onlardan 4 459 nəfəri yerli, 336 nəfəri isə xarici iştirakçıdır. Bakı şəhəri üzrə 250-yə yaxın məktəbli 116 layihə ilə festivala qatılacaq. SAF 2023-ün əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması və şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Paylaş:
324

Son xəbərlər

Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30
Bütün xəbərlər