Abşeronda salondan 20 min manat dəyərində lazer aparatları oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda salondan 20 min manat dəyərində lazer aparatları oğurlanıb

Qafar Ağayev11:38 - 15 / 11 / 2023
Abşeronda salondan 20 min manat dəyərində lazer aparatları oğurlanıb

Abşeronda gözəllik salonunda oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 13-nə keçən gecə Saray qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 20 000 manat dəyərində 2 ədəd lazer aparatı oğurlanıb.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Bayramov və Vüsal Hacıbəyov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
533

Son xəbərlər

Gürcüstanda zəlzələ olub

25 / 07 / 2026, 18:03

Qızıl bahalaşdı

25 / 07 / 2026, 16:21
Bütün xəbərlər