Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Qafar Ağayev12:05 - 15 / 11 / 2023
Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində işləyən gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə diaqnostik qiymətləndirmə prosesi təşkil olunacaq.

Elm və Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, proses ölkə üzrə 13 imtahan mərkəzində həyata keçiriləcək.

Qeyd edək ki, test imtahanlarında hər müəllimə tədris etdiyi fənnə dair 50 sual, tədris metodikası və təlim strategiyalarına dair isə 10 sual təqdim olunur. Test tapşırıqlarının cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılır.

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər