Azad edilmiş ərazilərdə 200 hektardan artıq fındıq bağları salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə 200 hektardan artıq fındıq bağları salınıb

Qafar Ağayev12:21 - 15 / 11 / 2023
Azad edilmiş ərazilərdə 200 hektardan artıq fındıq bağları salınıb

Son illər azad edilmiş ərazilərdə sahibkarlar tərəfindən 200 hektardan artıq fındıq bağları salınıb və bu bağlara görə əkin subsidiyası ödənilib.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin aparatının rəhbəri Azad Cəfərli “Fındıq potensialının artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, Sudsidiya Şurasının qərarına əsasən müəyyən şərtlər daxilində 2023-cü ilin sentyabrın 1-dən 2024-cü ilin mayın 31-dək yeni ərazilərdə salınan fındıq bağlarının hər hektarına görə 5 min manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.

"Salınan intensiv bağlara görə 730 manat, ənənəvi bağlara görə isə 250 manat əkin subsidiyasının verilməsi nəzərdə tutulur. 2023-cü ilin yanvar-sentyabr aylarında fındıqçılıq təsərrüfatına ümumilikdə 13 milyon manatdan artıq əkin subsidiyası ödənilib" - deyə, A. Cəfərli əlavə edib.

Paylaş:
206

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər